| ||||||
|
Şirkət haqqında
«Professional İT» şirkəti 2009 ildə təsis edilmişdir və hal hazırda ölkəmizin ən tez inkişaf edən İT şirkətlərdən birinə çevrilib.
Biz İT-autsorsinq, İT-audit, sistem inteqrasiya, veb-dizayn və proqram təminatının hazırlanması sahələrində tam xidmət və layihələr spektrini təklif edirik. Sərt rəqabət şəraitində İT infrastrukturasının etibarlığının bütün biznes layihələri üçün uğur mənbəyi olduğunu anlayaraq, biz istifadə etdiyimiz avadanlıqların keyfiyyətinə böyük əhəmiyyət kəsb edirik. Buna görə də, işimizdə yalnız öz sahəsində ən qabaqcıl istehsalçıların məhsullarından istifadə edirik. «IBM», «DELL», «HP», «Oracle», «CISCO», «SUN», «Microsoft», «Kaspersky» istifadə etdiyimiz məhsulları istehsal edən şirkətlərin qısa siyahısıdır. Sistem inteqrasiyasının geniş imkanlarını gözəl anlayarkan, biznes proseslərin avtomatizasiyası və xərclərin azalması üçün ən yaxşı həllər təklif edirik. Biz standart, şablon həllərdən istifadə etməmək çalışırıq, çünki hər bir problemə fərdi yanaşma ən yaxşı təsir bəxş edir. Şirkətimiz quraşdırılma, kökləmə, tədbiq etmə, proqram məhsulu üzrə təlim və maliyyə sisteminizlə inteqrasiya kimi profesional «açar təslimi» proqram təminatlarının hazırlanmasını təklif etməyə hazırdır. «Professional İT» şirkəti fəxr edə biləcək müxtəlif mürəkkəbliyə malik onlarla İT layihələrin həyata keçirilməsində böyük təcrübə qazanıb. Cavan, peşəkar, kreativ kollektivimiz sayəsində biz layihələrimizin reallaşma prosesində müştərimizin yüksək dərəcədə razılığına nail ola biləcəyimizi əminliklə deyə bilərik. | ||||||
| ||||||